Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşada qəza: bir hərbçi həlak oldu, iki hərbçi yaralandı

Şuşada qəza: bir hərbçi həlak oldu, iki hərbçi yaralandı

Tarix: 14 Yanvar 2021 12:00

Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sonxeber.net-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini hərbçi - müddətdən artıq xidmət edən Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdi.


Etiketlər:  Şuşada qəza hərbçi həlak oldu hərbçi yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ