Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təcili yardımla uşaqların hospitalizasiyasında artım olub

Təcili yardımla uşaqların hospitalizasiyasında artım olub

Tarix: 14 Yanvar 2021 12:12

Bakı. Samir Əli - Trend:

2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 min 426 ümumi müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib.

O bildirib ki, bunlardan 77 min halda hospitalizasiya icra edilib: "Uşaqlar üçün edilən çağırışların sayı 53 min 800 olub ki, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı 9 mindən artıq olub. Əvvəlki illə müqayisədə ötən il ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var".


Etiketlər:  Təcili yardımla uşaqların hospitalizasiyasında artım olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ