Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lina Vaytkyaviçene: Aİ ilə Azərbaycan arasında yeni saziş tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır (VİDEO)

Lina Vaytkyaviçene: Aİ ilə Azərbaycan arasında yeni saziş tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır (VİDEO)

Tarix: 17 Iyul 2019 10:21

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı əlaqələrdən söhbət açarkən mən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözlərini istifadə etmək istərdim - Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər tərəfdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır.

Bunu TREND İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib.

L.Vaytkyaviçenenin sözlərinə görə, Aİ və Azərbaycan coğrafi məsafəyə baxmayaraq, hər il siyasət, biznes və mədəniyyət kimi bir çox sahələrdə bir-birinə daha da yaxınlaşa bilərlər:

"Səbəb Azərbaycanın Avropa və Asiyanı birləşdirən beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsidir. Buna ölkənin coğrafi mövqeyindən faydalanaraq infrastruktur və nəqliyyat sektoruna investisiyarın qoyulması nəticəsində nail olunmuşdur. Əlbəttə ki, burada Cənub Qaz Dəhlizinin də rolu qeyd olunmalıdır. Bu dəhliz sözün əsl mənasında Aİ və Azərbaycanı birləşdirir".

Ekspert qeyd edib ki, ikitərəfli əlaqələrin gələcək perspektivlərinə gəlincə, artıq bir çox addımların atıldığını demək olar:

"2018-ci ildə Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq üçün prioritetlər qəbul edilib və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatacaq. Hər iki tərəfin iqtisadiyyatı bunlardan faydalanacaq və tərəflərin siyasi, biznes, eləcə də mədəni əlaqələri daha da dərinləşəcək. Bu müsbət impuls Aİ ilə Azərbaycan arasındakı tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır. Təbii ki, bütün bunlardan hər iki tərəf bilavasitə bəhrələnəcək".


Etiketlər:  Lina Vaytkyaviçene ilə Azərbaycan arasında yeni saziş tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ