Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL-ın təyyarəsi quşla toqquşub

AZAL-ın təyyarəsi quşla toqquşub

Tarix: 17 Iyul 2019 11:51

Bakı. Trend:

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

Trend bu barədə “Azərbaycan Hava Yolları”na istinadən xəbər verir.

Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.


Etiketlər:  AZAL ın təyyarəsi quşla toqquşub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ