Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TAP-ın buraxılış gücü artırıla bilərmi?

TAP-ın buraxılış gücü artırıla bilərmi?

Tarix: 16 Yanvar 2021 10:24

Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu layihənin illik buraxılış gücünün genişləndirilməsi ilə bağlı uzunmüddətli dayanıqlı tələb olacağı təqdirdə bu məsələnin iqtisadi və texniki baxımdan reallaşdırılmasını nəzərdən keçirə bilər.

Bunu Trend-ə TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, boru kəmərinin ildə 20 milyard kubmetr nəql gücünədək genişləndirilməsi bazar sınaqlarının yekunlarına əsasən müəyyənləşir:

"TAP ildə 20 milyard kubmetr buraxılış gücü nəzərə alınaraq layihələndirilib. Tikinti başlayanadək TAP üçün yaradılan kommersiya və normativ-hüquqi baza ilkin mərhələdə 10 milyard kubmetr nəql gücünə əsaslanmışdı. Layihə əlavə kompressorların quraşdırılması hesabına buraxılış gücünün mərhələli şəkildə ildə 20 milyard kubmetrədək genişlənməsini nəzərdə tutur".


Etiketlər:  buraxılış gücü artırıla bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ