Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 10:30
Koronavirusun yaratdığı fəsadla əlaqədar 10 yaşlı miçiqanlı Dişan Cemisonun ayaqları amputasiya ediləcək.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yüksək temperaturla xəstəxanaya çatdırılan uşağa "multisistem iltihab sindromu" diaqnozu qoyulub. Tibb işçilərinin sözlərinə görə, Cemisonun yaşadıqları koronavirus fəsadları ilə bağlı indiyə qədər gördükləri ən ağır haldır.
Həkimlər bildiriblər ki, sindrom 2-8 həftə arasında inkişaf edir. Cemisonun vəziyyətində koronavirus simptomsuz olub, sindrom isə iki həftə sonra inkişaf etməyə başlayıb.
Sözügedən xəstəliyin simptomları arasında hərarət, göz qızarması, səpki, limfa düyünlərinin iltihabı, qusma və ishal var. Sindromun yaranmasının dəqiq səbəbi məlum deyil.
Sindrom uşağın ayaqlarında maye yığılması ilə nəticələnib. Həkimlər onları xilas etməyə çalışsalar da, sonda amputasiya lazım olduğunu ailəyə bildirmək məcburiyyətində qalıblar.
"Belə qərar vermək çox çətin idi. Mən sadəcə düşünürəm ki, görəsən ayaqları kəsiləndən sonra onu hansı həyat gözləyir? Futbol oynamağı və aktiv həyat tərzi sürməyi sevir. Bu, çox çətindir", - deyə oğlanın anası Brittni Otman bildirir.
O, oğlunun daha sonra yenidən protezlərlə yeriyə biləcəyi fikri ilə özünü təsəlli edir.