Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 16:50
Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanacaq. Bu barədə məlumatı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov verib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Türkiyədə olduğu kimi, Azərbaycanda da Çinin istehsal etdiyi peyvənddən istifadə olunacaq. Artıq peyvəndləşdirmə prosesinə başlamaq üçün ölkəmizdə müəyyən işlər görülüb. Bakıdakı tibb müəssisələrində bunun üçün xüsusi otaqlar ayrılıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, yaxın zamanlarda ölkəmizdə həyata keçiriləcək vaksinasiya ilə əlaqədar olaraq artıq paytaxtdakı tibb müəssisələrində peyvəndləmə otaqları yaradılıb. Bunun üçün 2 saylı şəhər poliklinikasında 3 otaq hazırlanıb. Burda peyvənd prosesinin təşkili ilə bağlı bütün tədbirlər görülüb.
2 saylı şəhər poliklinikasının şöbə müdiri Solmaz Tağıyeva qeyd edib ki, Almaniya və ABŞ-ın istehsal etdiyi vaksinlərin saxlanma şəraiti bizi qane etmədiyinə görə, yəni həmin vaksinləri 70 dərəcə soyuqda saxlamalı olduğumuza görə bu peyvənddən imtina etdik. "Sinovac" şirkətinin peyvəndi isə 2-8 dərəcə selsidə və 3 il saxlanıla bildiyi üçün bu vaksindən istifadəyə razılıq verdik. Həm də bu peyvəndin effektivliyi 95-97%-dir.
Vaksinasiya siyahı üzrə aparılacaq və üzərindən bir müddət keçdikdən sonra revoksinasiya ediləcək.
Qeyd edək ki, vaksinlər ilkin olaraq tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlara vurulacaq.