Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yalnız bir məsələ müzakirə oluna bilər: Paşinyanın istefası'' - Erməni deputat

''Yalnız bir məsələ müzakirə oluna bilər: Paşinyanın istefası'' - Erməni deputat

Tarix: 18 Yanvar 2021 14:52

Yalnız bir məsələ müzakirə oluna bilər: Paşinyanın istefası.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının təmsilçisi Naira Zohrabyan söyləyib.

N.Zohrabyan bildirib ki, Paşinyan hökuməti başqa mövzularla gündəmi yayındırmağa çalışır. Onun sözlərinə görə, bütün bunlar Nikol Paşinyanın istefası məsələsinin arxa plana keçməsi üçün edilir.

"Paşinyan Moskvaya başqa şeylər üçün getmişdi. Amma Sünikdən (Zəngəzur nəzərdə tutulur - red.) türklərə yol verib qayıtdı. Onlar bu yolla "Böyük Turan" qurmaq arzularını gerçəkləşdirəcəklər", -  deputat etiraz edib.


Etiketlər:  Yalnız məsələ müzakirə oluna bilər Paşinyanın istefası Erməni deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ