Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 21:16
Məşhur elektromobil istehsalçısı Tesla nəqliyyat vasitələrindəki sensor ekran panelləri ilə bağlı böyük problemlə üzləşib. Aşkarlanan nasazlığın əslində son dərəcə təhlükəsizlik riski yaratdığı bildirilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ABŞ Milli Quru Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) dünən Tesla-ya sensor ekranı qəzasının təhlükəsizlik riski yaratdığına dair məktub göndərib.
Məktubda elektromobillərdəki sensor ekranı probleminin arxa görünüş kameraları və defrostların işdən çıxmasına səbəb ola və təhlükə yarada biləcəyi qeyd edilib. Həmçinin vurğulanıb ki, ekranlar 5-6 il ərzində sıradan çıxa bilər. Bununla yanaşı, duman və buz təmizləmə sisteminin olmaması sürücünün soyuq havada görmə qabiliyyətini azaldar və qəzaya səbəb olar.
Məktubda bildirilib ki, Tesla-ya məsələ ilə bağlı 12 mindən çox müştəri şikayəti, zəmanət istəyi daxil olub.
Xatırladaq ki, NHTSA 19 noyabr 2019-cu ildə Model S-də sensor ekranı ilə bağlı problem aşkarlandığı barədə xəbərdarlıq edib.