Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 23:16
Türkiyə elektromobillərdə işlədilən batareya və akkumulyator paketlərini özü istehsal edir. Gələcəkdə isə Amerika Birləşmiş Ştatlarına ixrac gözlənilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Sabancı Holding və TEMSA İdarə heyətinin rəhbəri Cevdet Alemdar məlumat yayıb.
Məlumatda bildirilib ki, hazırda TEMSA-nın Adanadakı müəssisələri elektromobillərdə istifadə etdiyi batareya və akkumulyator paketlərini özü hazırlayır. Bu akkumulyator paketləri son bir ayda xaricə ixrac olunan elektrikli vasitələr üçün nəzərdə tutulur.
Bildirilib ki, TEMSA son ayda ilk elektromobil ixracını İsveçə edib. Bununla yanaşı, vurğulanıb ki, dünyanın ən böyük texnoloji şirkətləri ABŞ-da TEMSA markalı mikroavtobuslardan istifadə edir. Hazırda onun elektrikli versiyası üzərində işlər davam edir. TS45 ABŞ-da ən çox satılan modeldir. Sözügedən modelin prototipi hazırda Kaliforniyada sınaqdan keçirilir.