Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 14:18
Azərbaycan dövlət sərhəddini pozaraq ölkəmizə külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İran İslam Respublikasının vətəndaşları - Rəhmanpur Cəlal Rəhman və Məhəmmədpur Amid Ömərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.
Hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
İstintaq gedir.