Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 00:45
Bakı. Trend:
Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən dəmir barmaqlıqların asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər dəmir barmaqlıqları yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin