Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri müvəqqəti saxlama yerlərinə baş çəkdi - Şikayət yoxdur

Komitə sədri müvəqqəti saxlama yerlərinə baş çəkdi - Şikayət yoxdur

Tarix: 18 Iyul 2019 10:48

Bakı. Samir Əli - Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov Bakı şəhərinin yeni istifadəyə verilmiş müvəqqəti saxlama yerlərində, o cümlədən Abşeron polis şöbəsində və Sumqayıt polis idarəsində növbəti başçəkmə həyata keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, monitorinq sıra ardıcıllığı ilə Xətai, Yasamal, Səbail, Abşeron və Sumqayıtda həyata keçirilib.

Yeni təmir olunmuş müvəqqəti saxlama yerlərində standartlara uyğun şərait yaradılıb, saxlanılan şəxslərin qalma şəraiti yaxşılaşdırılıb, müsbətə doğru işlər görülüb.

Ümumi baş çəkilən 5 müvəqqəti saxlama yerində saxlanılan şəxslərdən işgəncə və qeyri-insani rəftarla bağlı şikayət daxil olmayıb. Monitorinqdə komitənin əməkdaşları Seymur Salmanov və Qartal Hüseynov iştirak ediblər.

Komitə nəticələri qənaətbəxş sayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə sədri müvəqqəti saxlama yerlərinə baş çəkdi Şikayət yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ