Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəxəssis: ''Xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir''

Mütəxəssis: ''Xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir''

Tarix: 23 Yanvar 2021 21:12

Ölkəmizdə ilk mərhələdə risk qrupunda olanlara peyvənd vurulacaq.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Mütəxəssis bildirib ki, risk qruplarını hər bir ölkə özü müəyyən edir: "Bunlar, ilk növbədə, əsasən tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar və bir də uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Vaksinasiyanın epidemik prosesin qırılmasına təsiri onun kütləvi olduğu halda mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının əvvəlki təcrübəsi göstərir ki, vaksinasiyanın məcburi edilməsi neqativ reaksiyalara səbəb olub. Ona görə də onun könüllülük prinsipi əsasında aparılması daha düzgün yoldur".

T. Eyvazov bildirib ki, xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir: "Bunlara xroniki ürək-damar, tənəffüs sisteminin, endokrin sistemi xəstəliklərindən əziyyət çəkənlər və immun çatışmazlığı olanlar aiddir. Onlar yoluxduqları halda xəstəliyin ağırlaşmasının risk qrupundadırlar, bu zaman fəsadlaşma və ölüm halları da baş verə bilər".


Etiketlər:  Mütəxəssis Xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üzə qalması deməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ