Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pilotsuz üzən robot təqdim olunub

Pilotsuz üzən robot təqdim olunub

Tarix: 24 Yanvar 2021 23:16

Kanadanın "Saildrone" şirkəti "Saidrone Surveyor" adlı pilotsuz üzən robotu təqdim edib.

Sonxeber.net seanews.az-a istinadən bildirir ki, uzunluğu 22 metr olan üzən vasitə günəş batareyaları və külək enerjisi ilə çalışır.

Robot açıq dənizdə bir ildən çox çalışmaq qabiliyyətinə malikdir. Üzən vasitənin əsas vəzifəsi okeanları öyrənmək və dəniz dibinin xəritələrini yaratmaqdır.

"Saidrone Surveyor" hidroakustik qurğular vasitəsilə 7 kilometr dərinliyə qədər dəniz dibinin xəritəsini yarada bilər.


Etiketlər:  Pilotsuz üzən robot təqdim olunub


RƏYLƏR