Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 08:18
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni partiya yaratmayacaq, 2022-ci ildə Konqresə seçkilərdə respublikaçılara yardım edəcək.
Bu barədə "Fox News" siyasətçinin müşaviri Ceyson Millerə istinadən yazıb.
"Trampın məqsədi 2022-ci ildə Nümayəndələr Palatası və Senatı respublikaçılara qaytarmaqdan ibarətdir", - deyə C.Miller bildirib.
O, qeyd edib ki, Donald Tramp bu səylərdən kənar heç nə planlaşdırmır.