Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 11:57
Müharibə Azərbaycanın reigondakı rolunu əhəmiyyətli dərəcədə artırdı. Bu fikri politoloqlar gələcəkdə istifadəyə veriləcək 5 ölkəni birləşdirəcək Mehri dəmiryolu ilə bağlı danışarkən bildirib. Beləki bu dəhliz vasitəsi ilə Türkıiyədən orta asiyaya və ya Türkiyə-Rusiya arasında daşınan yüklər daha qısa yol qət etməklə Azərbaycandan keçəcək. Üstəlik İran da bu dəhlizdən faydalana bilər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanın dəmiryolu şəbəkəsi genişləncək, bu yolla beynəlxalq daşımalara maraq artacaq. Bütün bunlar isə Naxçıvanı Azərbaycana birləşdiriəcək Mehri dəmiryolu sayəsində mümkün olacaq.
Çünki bu yol vasitəsi ilə Rusiyadan-Türkiyəyə, eyni zamanda Ermənistanla Rusiya arasındakı yük daşımalar məhz Azərbaycan üzərindən həyata keçiriləcək. Üstəlik İran da bu dəmiryolu xəttinə qoşularaq yüklərini məhz bu xətt üzərindən daşımağda maraqlı olacaq.
Beləki bundan əvvəl Rusiyadan Ermənistana yüklər Gürcüstan üzərindən daşınırdısa kommunikasiya xətləri açıldıqdan sonra artıq daha rahat yol olan Azərbaycan yolu seçiləcək. Bu isə ölkələr arasında siyasi əlaqələrin də möhkəmlənməsinə səbəb olacaq.
Bununla yanaşı Türkiyədən orta Asiyaya daşınan çoxsaylı yüklərin də bu dəhlizdən keçməklə məsafəsi qısalacaq. Beləki bu yüklər Xəzər dənizi üzərindən bir-başa Orta Asiyaya və ya əksinə hərəkət edəcək . Bu isə Azərbaycana əlavə gəlir gətirəcək.