Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi” Lemparda maaş ödəməyə davam edəcək

“Çelsi” Lemparda maaş ödəməyə davam edəcək

Tarix: 26 Yanvar 2021 19:00

"Çelsi" istefaya göndədiyi baş məşqçisi Frank Lemparda maaş ödəməyə davam edəcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. "Zadəganlar"ın 42 yaşlı mütəxəssislə müqaviləsi bu ilin yayında başa çatmalı idi. Lakin London klubu çalışdırıcı ilə sözləşməni erkən ləğv etdiyi üçün ona maaş ödəməyə davam edəcək. Lempardın "Çelsi"dəki maaşı 1 mövsüm üçün təxminən 4,5 milyon avrodan çox təşkil edir.

Qeyd edək ki, Lempard 2019-cu ilin yayında "Çelsi"ni çalışdırırdı. Klub rəhbərliyi isə onun əvəzinə bu vəzifəyə Tomas Tuheli gətirməyi düşünür.


Etiketlər:  Çelsi Lemparda maaş ödəməyə davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ