Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 20:12
"Deloitte" Beynəlxalq Konsaltinq şirkəti beşinci nəsil rabitə şəbəkələri ilə (5G) koronavirus infeksiyalarının sayının artması arasında mümkün əlaqə barədə araşdırma aparıb.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, nəticədə, COVID-19-un 5G texnologiyası ilə yayıldığı iddia edilən nəzəriyyə mif sayılıb.
"Bu mümkün deyil. COVID-19 - virusdur və hava-damcı yolu ilə insandan insana ötürülür. Viruslar radio dalğaları vasitəsilə yayıla bilməz", - deyə araşdırma müəllifləri bildiriblər.
Mütəxəssislər 5G-nin insanların immunitet sistemini zəiflədə biləcəyinə dair müzakirələrin də həqiqətə uyğun olmadığını vurğulayıblar.