Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 20:32
"Alphabet" (Google) şirkəti hava şarlarının köməyi ilə internetə simsiz qoşulma yaratmağı hədəfləyən "Project Loon" layihəsinin fəaliyyətini dayandırır. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, layihənin baş direktoru Alaster Vestqart bu qərarı şirkətin lazımi sayda tərəfdaş və investor tapa bilməməsi ilə izah edib. Bundan başqa, sözügedən layihə uzunmüddətli və dayanıqlı biznes qurmaq üçün öz xərclərini minimumadək azaltmağa nail ola bilməyib.
"Project Loon" layihəsi hələ ötən il uğurla sınaqdan keçirilib. Məsələn, Keniyada istifadəyə verilmiş 35 hava şarı yerli mobil rabitə operatorunun şəbəkələrində işləyib. Hər bir hava şarının əhatə dairəsi 80 kvadrat kilometr təşkil edib.