Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 07:56
Bakı. Trend:
Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə nazir öz "Facebook" səhifəsində yazıb.
D.Zalkaliani bildirib ki, o evdə müalicəsini davam etdirir:
"Bu il yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özümü təcrid etdim. Müəyyən olunmuş vaxtdan sonra PCR testi verdim. Nəticədə COVID-19 infeksiyası məndə də təsdiqləndi. Hazırkı mərhələdə özümü yaxşı hiss edirəm. Bütün protokollara əməl edərək evdə müalicə olunuram".