Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 11:14
İspaniyanın Qranada şəhərində silsilə zəlzələlər olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Coğrafiya İnstitutu bildirib.
Ən güclü təkanlar Kulyar-Veqa (4,2 maqnitudalı) və Santa-Fe (4 və 4,3) ərazilərində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Qranada meri Luis Salvador "TVE" telekanalına müsahibəsində vəziyyəti "həyəcanlı" adlandırıb, lakin, həmçinin sakitliyi qorumağa çağırıb.