Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 11:56
İspaniyanın əczaçılıq şirkəti "PharmaMar"ın yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı hazırladığı dərmanın heyvanlar üzərində sınağı müvəffəqiyyətlə başa çatıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Science" jurnalında yayımlanan məqalədə Covid-19-a yoluxmuş heyvanların Aplidin (plitidepsin) adlı dərman verilərək müayinə edildiyi qeyd olunub.
Sözügedən dərman sayəsində heyvanların ağciyərlərində Covid-19 viruslarında 99 faiz azalma müşahidə edilib.
Dərmanın insan hüceyrələrində olan eEF1A proteinini bloklayaraq Covid-19-a qarşı antiviral təsirə malik olduğu bildirilib.