Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Suares ''Barselona''dan ayrılmağına peşman deyil, o, indi gülməkdən ölür''

''Suares ''Barselona''dan ayrılmağına peşman deyil, o, indi gülməkdən ölür''

Tarix: 28 Yanvar 2021 17:44

"Mançester Yunayted"in sabiq hücumçusu Dimitar Berbatov "Atletiko"nun forvardı Luis Suares haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, uruqvaylı futbolçunun Madrid təmsilçisindəki oyununu yüksək qiymətləndirib:

"Suares bir avtomobildir. Görün, "Atletiko" gəlişindən bəri klub liqaya necə rəhbərlik edir. İkinci sıradakı komandadan 7 xal qabaqdadırlar və ehtiyatlarında bir matç var. Luis indi gülməkdən ölür.

İndi işlərin necə getdiyindən çox məmnunam, çünki "Barselona" Suareslə pis rəftar etdi. Klubun son illərdəki ən yaxşı oyunçularından biri fərqli münasibətə layiq idi. "Barselona" hörmətsiz davrandı və indi Luisin göndərilməsini qərarının əvəzini ödəyir. "Atletiko"dakı karyerasının necə formalaşdığını nəzərə alsaq, Suaresin "Barselona"dan getməsindən peşman olmayacağına əminəm".

Qeyd edək ki, "Atletiko" hazırda La Liqada 47 xalla 1-ci, "Barselona" 37 xalla 3-cüdür.

Milli.Az


Etiketlər:  Suares Barselonadan ayrılmağına peşman deyil indi gülməkdən ölür


RƏYLƏR