Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evini tərk edən daha bir koronavirus xəstəsi barədə cinayət işi başlandı

Evini tərk edən daha bir koronavirus xəstəsi barədə cinayət işi başlandı

Tarix: 29 Yanvar 2021 14:03

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də ölkə ərazisində evini tərk edən 1 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb.

Bakının Sabunçu rayonu ərazisində aşkarlanan həmin şəxs polis əməkdaşlarının müşaiyəti ilə evə qaytarılıb və barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanıb.


Etiketlər:  Evini tərk edən daha koronavirus xəstəsi barədə cinayət işi başlandı


RƏYLƏR