Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğal dövründə Azərbaycanın məhv edilən meşə ərazisi nə qədərdir? - RƏSMİ

İşğal dövründə Azərbaycanın məhv edilən meşə ərazisi nə qədərdir? - RƏSMİ

Tarix: 29 Yanvar 2021 15:32

Bakı. İlhamə İsabalayeva - Trend:

İşğal ərzində Azərbaycanın 54 328 hektar meşə ərazisi məhv edilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl meşə ilə örtülü sahələrin sahəsi 228 794 hektar olub. İşğaldan sonra isə meşə ilə örtülü sahələrin sahəsi 174 466,8 hektara çatıb.

F.Əliyev əlavə edib ki, işğaldan azad edilən ərazilərdə yaşıllaşdırma işlərinə başlanılıb: "Qubadlıda tut tingləri əkilib. Bu, o deməkdir ki, insanlar oraya köçdükdə baramaçılıqla məşğul ola biləcəklər".


Etiketlər:  İşğal dövründə Azərbaycanın məhv edilən meşə ərazisi qədərdir RƏSMİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ