Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 16:34
ARB24-ün efirində toy və nişanlara icazə verilməsi ilə bağlı maraqlı süjet yayımlanıb.
Sonxeber.net xəbər verir ki, vətəndaşlar toyları səbirsizliklə gözlədiklərini qeyd ediblər.
2019-cu il mart ayının 15-dən fəaliyyətinə qadağa qoyulan şadlıq saraylarının məsul şəxsləri 700 nəfərlik zallarda 50 nəfərlik tədbirin keçirilməsinin mümkün olmadığını bildirib.
Ekspertin şərhinə görə, vaksinasiya uğurlu keçirilsə, əhalidə immunitet formalaşacaq. Beləliklə, müəyyən karantin qaydalarına riayət etməklə kütləvi tədbirlərə icazə verilməsi mümkün olacaqdır.
Qeyd edək ki, 2019-cu ildə 35.576 nikah qeydə alınıb. Statistikanın böyük hissəsini mart ayından ilin sonunadək sadə nikahla ailə quranlar təşkil edir.