Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 23:52
Güney Koreyanın texnologiya nəhəngi Samsung ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, buna səbəb Tesla-nın tam avtomatik avtomobillər üçün inkişaf etdirdiyi yeni nəsil prosessorunu istehsal etməkdir.
Qeyd edək ki, Tesla uzun zamandır üzərində iş aparılan bu prosessoru TSMC ilə birgə istehsal niyyətində idi. Amma daha sonra Samsung-la yola davam etməyə qərar verildi.
Tesla-nın gələcəkdəki modellərinə güc verəcək cihaz vasitəsilə şirkətin elektromobillərində daha inkişaf etdirilmiş pilot rejim yer alacaq.