Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan iqtisadiyyatı keçən il 6,1 faiz azalıb

Gürcüstan iqtisadiyyatı keçən il 6,1 faiz azalıb

Tarix: 31 Yanvar 2021 21:20

İlkin hesablamalara görə, Gürcüstan iqtisadiyyatı 2020-ci ildə 6,1 faiz azalıb. Bu da ilin əvvəlində nəzərdə tutulduğundan xeyli çox olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, iqtisadiyyatda geriləmə dekabr ayında daha çox olub və 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz təşkil edib.

Ölkə iqtisadiyyatında azalma noyabr ayında 7,7 faiz, oktyabra 3,9 faiz, sentyabrda 0,7 faiz, avqustda 5,3 faiz, iyulda 5,5 faiz, iyunda 7,7 faiz, mayda 13,5 faiz, apreldə isə 16,6 faiz olub.

2020-ci ildə ən çox geriləmə tikinti, əyləncə və istirahət, istehsal sənayesində, nəqliyyat və saxlanma xidməti, pərakəndə və topdan satış, avtomobil təmiri sahələrində olub. Az-çox artım istirahətin təşkili, informasiya və kommunikasiya, dağ-mədən sənayesində qeydə alınıb.


Etiketlər:  Gürcüstan iqtisadiyyatı keçən faiz azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ