Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 09:52
Gürcüstan parlamenti bu həftə 51 müxalif deputatın mandatının dayandırılmasını müzakirə edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, parlamentin sabah başlayacaq yaz sessiyası çərçivəsində müxalif deputatların mandatlarının dayandırılması səsə qoyulacaq. Bununla belə, hakim "Gürcü Arzusu" partiyasının deputatları arasında məsələ ilə əlaqədar fikir ayrılıqları olduğu bildirilir.
Qanunvericiliyə əsasən, deputat mandatının dayandırılması üçün minimum 50 səsə ehtiyac var.
Qeyd edək ki, ötən ilin dekabrında Gürcüstan parlamentinin müxalif partiyalardan olan 54 deputatı oktyabrda keçirilən 10-cu çağırış parlament seçkilərinə etiraz olaraq parlamenti boykot edib və mandatlarının ləğv edilməsi üçün parlamentə müraciət edib. Onlardan üçünün mandatı daha əvvəl ləğv edilib.