Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 18:50
Ermənistan "sorosçular" adlanan silahlı dəstə yaradır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, polis sistemində islahatlar çərçivəsində yaradılacaq qrupa 770 nəfərin daxil olacağı gözlənilir.
Prosesi milyarder Corc Sorosun tapşırığı əsasında Daniel İnnosyan adlı bir nəfər koordinasiya edir. Onun özü "Facebook" səhifəsində yazıb ki, artıq dəstəyə üzvlərin cəlbi başa çatıb və onlar 5 aylıq kurslara cəlb olunublar: "Sorosçular Ermənistanda qanunçuluq və ədalət prinsiplərini qorumaqla, ölkədə baş verən proseslərdə vətəndaş cəmiyyətinin iştirakını təmin edəcəklər. Onlar iyun ayından etibarən Yerevanın küçələrində görünməklə, patrul xidmətini həyata keçirəcək".
Qeyd edək ki, seçimin hansı kriteriyalar üzrə aparıldığı açıqlanmasa da, yeni dəstənin Ermənistanın Daxili İşlər Nazirliyinə tabe olmayacağı qətiləşib.