Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 09:34
Cennaro Qattuzo "Napoli" nin baş məşqçisi vəzifəsindən gedə bilər .
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssislə prezident Aurelio De Laurentiis arasında münasibətlər korlanıb və klub rəhbəri artıq onun əvəzləyicisini axtarır.
Bildirilib ki, "Napoli"nin 24 yanvarda "Verona"ya məğlub olmasından (1: 3) sonra De Laurentiis klubun sabiq baş məşqçisi Maurisio Sarri ilə komandaya qayıtması ilə bağlı əlaqə saxlayıb. Ancaq o, rədd cavabı alıb.
Qeyd edək ki, İtaliya mətbuatı Qattuzonun "Napoli" ilə yeni müqavilə imzalamaq variantının mümkünsüz olduğunu yazıb.