Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 15:42
Bakıda səfərdə olan Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) Sədrinin müavini Mevlüt Karakaya MHP tərəfindən Şuşada tikiləcək orta məktəbin hansı formada idarə ediləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
O qeyd edib ki, məktəbin hansı formada idarə edilməsi ilə bağlı qərarı Azərbaycan Təhsil Nazirliyi verəcək: "Biz məktəbi tikib Azərbaycanın Təhsil Nazirliyinə təhvil verəcəyik. Məktəbin hansı formada və qaydada idarə edilməsinə isə Azərbaycan qərar verəcək. Bizim işimiz məktəbi tikib təhvil verməkdir, ondan sonrasına qarışmayacağıq. Biz çalışacağıq ki, Şuşanın tarixinə, mədəniyyətinə və atmosferinə uyğun bir məktəb tikib qardaş Azərbaycan tərəfinə verəcək".