Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 21:56
Apple şirkəti bir maliyyə rübündə ilk dəfə 100 milyard ABŞ dollarından çox qazanc əldə edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Apple 2021-ci ilin birinci rübünün maliyyə hesabatında 111,4 milyard ABŞ dolları gəlir əldə edib. Bu, şirkətin ən yüksək gəlir rübü olub.
Satışların keçən ilin eyni dövrü ilə müqayisədə 21% artdığı qeyd olunur.
Daha əvvəl bildirilib ki, Apple şirkəti 2024-cü ildə "sıçrayışlı" batareyaların texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir.
Şirkət hələ 2014-cü ildə Project Titan kimi məşhur layihəsi çərçivəsində öz avtomobilini hazırlamaqla məşğul olmağa başlayıb. Şirkət həmin vaxtdan bu sahədə əhəmiyyətli dərəcədə irəliləyib və indi öz müştəriləri üçün avtomobil yaratmaq niyyətindədir. Apple planlarını hələ rəsmən açıqlamayıb.