Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə 5G-nin dünyaya necə yayıldığını göstərən xəritə

2020-ci ildə 5G-nin dünyaya necə yayıldığını göstərən xəritə

Tarix: 2 Fevral 2021 22:48

Speedtest 5G-nin 2020-ci ildə dünyaya necə yayıldığını göstərən xəritə paylaşıb. Paylaşılan xəritə bəzi Avropa ölkələrinin və ABŞ-ın demək olar ki, 5G-yə hazır olduğunu göstərir. Bundan əlavə, Çin, Yaponiya və Körfəz ölkələri bu texnologiyanı mənimsəməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Speedtest tərəfindən hazırlanan xəritə Azərbaycan olaraq bu texnologiyaya hazır olmadığımızı aşkar edib.

Yuxarıdakı xəritədə gördüyünüz kimi, dünyanın ən inkişaf etmiş ölkələri artıq 5G texnologiyasını mənimsəməyə başlayıblar. Bu çərçivədə xüsusilə Almaniya ölkə daxilində 5G əhatə dairəsi yaratmış kimi görünür. Həmçinin 5G şəbəkələri ABŞ-da qurulub. Çin, Cənubi Koreya və Yaponiya kimi ölkələrdə artan 5G əhatə dairələri körfəz ölkələrində də özünü göstərir. Türkiyəyə baxdığımız zaman İstanbulun məhdud bir ərazisində 5G əhatə dairəsinin olduğunu görürük.

Ölkələrin 2020-ci ildəki investisiyalarına baxdığımız zaman Hollandiyanın ön plana çıxdığını görürük. Ölkə 5G əhatə dairələrini 2020-ci ilin son rübünə görə 50 faiz artırıb. Bundan başqa, Tayland da 5G əhatə dairələrini keçən ilə nisbətən 32 faiz artıb. 2020-ci il ABŞ üçün 5G ili olub.

Paylaşılan xəritə 4G və 5G əlaqələrinin endirmə və yükləmə sürətləri arasındakı fərqin nə qədər böyük olduğunu da göstərir. Buna görə, dünya səviyyəsində yükləmə sürətinin 4G bağlantısında 19,67 Mbps olduğunu söyləyən qrup, 5G-də 954 faiz artım olduğunu və ortalama 207,39 Mbps-ə çatdığını söylənilir. Yükləmə sürətində 4G üçün 7,21 Mbps, 5G bağlantısı üçün 29,66 Mbps olduğunu  görürük.

Milli.Az


Etiketlər:  2020 ildə dünyaya necə yayıldığını göstərən xəritə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ