Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yalnız 3 sualla zəka yoxla – DÜNYANIN ƏN QISA TESTİ

Yalnız 3 sualla zəka yoxla – DÜNYANIN ƏN QISA TESTİ

Tarix: 2 Fevral 2021 23:56

Uzun zəka testlərini həll etmək sizə darıxdırıcı gəlir? Zəka testini həll edərkən yüksək bal toplasanız belə cansıxıcı olduğu üçün imtina edirsiniz?

Milli.Az ted.az-a istinadən bildirir ki, 2005-ci ildə MIT professoru Shane Frederick tərəfindən hazırlanan, lakin bu yaxınlarda internetdə yayılan zəka testi tam olaraq axtardığınız test ola bilər.

Dünyanın ən qısa zəka testi yalnız üç sadə riyaziyyat sualından ibarətdir, lakin bu "sadə" testdən keçən  insanların 80% -dən çoxu  bütün sualları müvəffəqiyyətlə cavablaya bilmir.

Tədqiqatın bir parçası üçün fərqli təhsil həyatı olan 3000 insanı toplayan professor Frederik Amerikanın Yale və Harvard kimi ən prestijli universitet tələbələrinin belə testdə səhv cavablar verdiyi məlum olub. Əlbəttə ki, "bir səhv o qədər də vacib deyil" deyə bilərsiniz, yalnız bir səhv sizin müvəffəqiyyət nisbətinizi 66,6% -ə endirir.

Test imtahanında iştirak edən 3.000 nəfərdən yalnız 17% -i hər üç suala düzgün cavab verdi. İndi isə növbə sizdədir. Özünüzə güvənirsinizsə başlayaq.

1. Beysbol çubuğu və beysbol topu cəmi 1.10 manata satılır. Çubuq topdan 1 manat çoxdur. Topun qiyməti nə qədərdir?

2. Beş dəzgah beş dəqiqədə beş parça istehsal edə bilirsə, 100 maşın 100 parçanı nə qədər vaxta hazırlayar?

3. Bir göldə zambaq yarpağı var. Bu zambaq yarpağı hər gün iki qat böyüyür. Zambaq yarpağının bütün gölü əhatə etməsi 48 gün çəkirsə, gölün yarısını örtmək üçün neçə gün lazımdır?

Gördüyünüz kimi, suallar tamamilə dörd əməliyyatdan ibarətdir. Qarışıq və ya mürəkkəb həll yollarından istifadə etməyə ehtiyac yoxdur. Bəs siz necə? Həll edə bildinizsə, cavabları paylaşaq:

1) 10 qəpik

2)100 dəqiqə

3) 24 gün

Cavabları görərkən "Bu çox asandır. "İştirakçıların 83%-i bunu necə səhv etdi" deyə düşünə bilərsiniz? Suallar həqiqətən asan görünür və cavabları tapmaq o qədər də çətin deyil. Ancaq əslində suallar heç də asan deyil və təəsüf hissi ilə bildiririk ki, cavablarınız səhvdir.

Düzgün cavablar:

1)  5 qəpik

2)  5 dəqiqə

3)  47 gün

"Bu necə olur?" sualını verirsinizsə həll yolunu açıqlayırıq.

1. Topun qiyməti X olsun. Çubuq da "X + 1" qiymətinə satılır. Yəni, çubuq və topun qiymətinin cəmi "X + (X + 1)" dir. Bu da, 1.1 manata (1 manat 10 qəpik) bərabərdir. Tənlik düzəltsək "2X + 1 = 1.1" olur. Hər iki tərəfdən 1-i çıxardığımızda, 2X = 0.10 manat olur. Beləliklə, X topunun qiyməti 5 qəpiyə bərabərdir.

2. Beş dəzgah beş parçanı beş dəqiqəyə hazırlayırsa, bir avadanlığın bir parçanı istehsal etməsi beş dəqiqə çəkir. 100 dəzgah eyni vaxtda işləyirsə, bir avadanlığın bir parçanı düzəltməsi beş dəqiqə çəkir, buna görə də 100 hissənin hazırlanması beş dəqiqə çəkəcək.

3. Hər gün ölçüsünü iki dəfə artıran zambaq yarpağı var. Başqa sözlə, bu yarpaq ertəsi gün iki dəfə böyüyürsə, əvvəlki gün də iki dəfə az olur deyə bilərik. Bu səbəbdən 48-ci gün bütün gölü əhatə edən zambaq yarpağı 47-ci gün gölün yarısını örtür.

Milli.Az


Etiketlər:  Yalnız 3 sualla zəka yoxla DÜNYANIN ƏN QISA TESTİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ