Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladlarını məktəbə göndərməkdən imtina edən valideynlərin sayı 3-4 faizdir - Şöbə müdiri

Övladlarını məktəbə göndərməkdən imtina edən valideynlərin sayı 3-4 faizdir - Şöbə müdiri

Tarix: 4 Fevral 2021 14:24

Bakı. İlhamə İsabalayeva – Trend:

Fevralın 1-dən məktəblərdə əyani tədrisin bərpasına başlanılıb. Bu 4 gündə övladlarının məktəbə getməsindən imtina edərək iltizam yazan valideynlərin sayı çox azdır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, iltizam yazan valideynlərin sayı Bakıda da bu cüzidir: “Bu göstərici 3-4 faizdən çox deyil. Bakıda şagirdlərin 95 faizdən çoxu əyani dərslərdə iştirak edir. Bölgələr üzrə də də vəziyyət belədir. Biz bunu da valideynlərə tövsiyə edirik ki, iltizamı oxuduqdan sonra onu imzalasınlar. Çünki burada qeyd edilir ki, valideyn özü övladının təhsil almasına şərait yaratmalıdır”.


Etiketlər:  Övladlarını məktəbə göndərməkdən imtina edən valideynlərin sayı faizdir Şöbə müdiri


RƏYLƏR