Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2021-ci ildə “Nokia” ilk smartfonunu təqdim edib

2021-ci ildə “Nokia” ilk smartfonunu təqdim edib

Tarix: 4 Fevral 2021 17:51

"Nokia" brendi üzərində hüquqa malik "HMD Global" şirkəti yeni ucuz smartfonunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Nokia 1.4" modeli HD təsvir ölçülü çərçivəsiz 6,51 düymlük ekran, başlanğıc səviyyəli "Qualcomm Snapdragon 215" prosessoru, 4000 milliamper/saat tutumunda akkumulyator, həmçinin barmaq izləri skaneri ilə təchiz edilib. Daxili yaddaşın tutumu 32 və ya 64 QB-dır.

 

"Nokia 1.4" cihazı ikiqat əsas kameraya malikdir: avtofokusa malik 8 mp-lik sensor makroçəkiliş üçün 2 mp-lik obyektivi tamamlayır. Selfi kameranın təsvir ölçüsü 5 mp-dir.

 

Aparat "Google"un əməliyyat sisteminin zəif qurğular üçün optimallaşdırılmış "Android 10 Go" versiyasının idarəetməsi altında işləyir. "Android 11 Go" üçün yeniləmə nəzərdə tutulub. Təhlükəsizlik sistemi üçün yeniləmələr 3 il ərzində, əməliyyat sisteminin yenilənmələri isə 2 il ərzində əlçatan olacaq.

 

Emil Hüseynov




Etiketlər:  2021 ildə Nokia smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ