Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 20:52
İranın Müdafiə Nazirliyi yeni peyk daşıyıcı raketinin bu gün (2 fevral) kosmosa uğurla buraxıldığını bildirib.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, İran Müdafiə Nazirliyinin açıqlamasında, peykləri kosmosa buraxmaq üçün Zülcənah adlı raketin yerli istehsal raketləri arasında ən güclü qatı yanacaq mühərrikinə malik olduğu qeyd edilib.
Açıqlamada bu raketin 220 kiloqramlıq peyki 500 kilometr hündürlüyə daşıma qabiliyyətinin olduğunu və bunun bir sınaq olduğu bildirilib.
İran kosmik raketlərdə ilk dəfə qatı yanacaqdan istifadə edib.