Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusu məhv edən sprey

Koronavirusu məhv edən sprey

Tarix: 4 Fevral 2021 21:52

Bursada Türk Uludağ Universitetinin Mikrobiologiya Bölməsinin alimləri koronavirusu məhv edə biləcək "Genoxyn" burun spreyi hazırlayıb. Tədqiqatçılar Uludağ və digər alimlərlə birlikdə hazırlanmış məhlulun antimikrob və antivirus təsirlərini sınaqdan keçirib. Sınaqlar nəticəsində spreyin bakteriya və virusların böyüməsinə mane olduğu təsdiqlənib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki,  mütəxəssis koronavirus pandemiyasından əvvəl də infeksiyalardan qorunmaq üçün araşdırmalar aparmağa başladığını söyləyib. "İlk dərman həllinin antibakterial xüsusiyyətlərə malik olduğunu sübut etdik və pandemiyanın başlaması ilə KOVID-19 virusuna qarşı mübarizədə istifadə edilə biləcəyini düşündük. Beləliklə, yeni ağız və burun spreyi hazırlayaraq onu bio uyğunluq təcrübələrinə göndərdik", - deyə mütəxəssis qeyd edib.

Koronavirus insan bədəninə ən çox ağız, burun və gözdən daxil olur. "Araşdırmamız götərdi ki, məhlul virusu ağız və burunda məhv edir. Bir infeksiyanı qısa müddətdə öldürmək, onun hüceyrələrə daxil olmasının qarşısını almaq və bədəndəki virusların sayını azaltmaq deməkdir. Əgər məhlul çirklənmənin qarşısını ala bilərsə, bu yaxşı qoruma olacaq", - deyə həkim izah edib. Qeyd edildiyi kimi, spreyin təsiri bir dəqiqəlik istifadədən sonra görünür, bu o deməıkdir ki, həll selikli gişadakı epiteliya hüceyrələrinə zərər vermir.


Etiketlər:  Koronavirusu məhv edən sprey


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ