Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda qaçırıldığı deyilən avtobus polis tərəfindən saxlanıldı (FOTO/VİDEO)

Sumqayıtda qaçırıldığı deyilən avtobus polis tərəfindən saxlanıldı (FOTO/VİDEO)

Tarix: 5 Fevral 2021 00:36

Bakı. Ceyhun Ələkbərov - Trend:

Polisin saxla əmirinə tabe olmayan avtobus Sumqayıtda saxlanılıb.

Bunu Trend-ə açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə avtobusun qaçırıldığı və Sumqayıt Nəqliyyat İdarəsinə aid olduğu deyilsə də, bu belə deyil:

“Sosial şəbəkələrdə Sumqayıtda sərnişin avtobusunun qaçırılması ilə bağlı paylaşımlar edilir. Məlumat üçün bildirim ki, qeyd olunan avtobus Sumqayıt Nəqliyyat İdarəsinə aid deyil. Avtobus sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb”.

E. Qocayev qeyd edib ki, avtobusun içərisində sərnişin olmayıb.

Sumqayıtda qaçırıldığı deyilən avtobus polis tərəfindən saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Sumqayıtda qaçırıldığı deyilən avtobus polis tərəfindən saxlanıldı (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Sumqayıtda qaçırıldığı deyilən avtobus polis tərəfindən saxlanıldı FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ