Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Koronavirus pandemiyası 7 il davam edəcək” - Bloomberg

“Koronavirus pandemiyası 7 il davam edəcək” - Bloomberg

Tarix: 6 Fevral 2021 08:52

Koronavirus pandemiyasının sönməsi üçün Yer əhalisinin 75%-ni peyvəndləmək lazımdır, buna isə indiki templə yeddi il lazım olacaq.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" bildirir.

Agentliyin məlumatına görə, dünyada gündəlik olaraq "COVID-19"a qarşı 4,5 milyondan çox vaksin vurulur. Nəzərə alsaq ki, hər insana preparatın iki dozu vurulmalıdır, demək, planetin böyük hissəsinin peyvəndlənməsi üçün təxminən yeddi il lazım olacaq.

ABŞ-da bu proses 11 ay davam edəcək. Orada gün ərzində 1,3 milyon peyvənd vurulur. Problemin öhdəsindən daha yaxşı əhalisinin 21%-i vaksinasiya olunmuş İsrail (hər 100 nəfərə 58 doz) və Birləşmiş Ərəb Əmirlikləri (hər 100 nəfərə 35,8 doz) gəlir.

Qeyd olunur ki, bəzi ölkələrdə isə hələ də heç kim peyvənd olunmayıb. Koronavirusa qarşı vaksinin yayılması prosesi nə vaxtsa bəşəriyyət qarşısında duran ən mürəkkəb logistik məsələ olacaq.


Etiketlər:  Koronavirus pandemiyası davam edəcək Bloomberg


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ