Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan kubokunda iki yarımfinalçı müəyyənləşir

Azərbaycan kubokunda iki yarımfinalçı müəyyənləşir

Tarix: 6 Fevral 2021 12:24

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk görüş günündə iki matç keçiriləcək.

"Qəbələ" son ölkə çempionu "Qarabağ"ı qəbul edəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Günün digər qarşılaşmasına "Sumqayıt" "Səbail"in qonağı olacaq. Birinci matçda paytaxt klubu 1:0 hesabı ilə qalib gəlib.

Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə qarşılaşacaq.

6 fevral

15:00. "Qəbələ" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
İlk oyun - 1:3
Qəbələ şəhər stadionu

18:00. "Səbail" - "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
İlk oyun - 1:0
"ASCO Arena"

7 fevral

14:30. "Kəpəz" - "Keşlə"
Gəncə şəhər stadionu
İlk oyun- 0:1

17:30. "Zirə" - "Neftçi"
Zidə İdman Kompleksinin stadionu
İlk oyun - 1:0


Etiketlər:  Azərbaycan kubokunda yarımfinalçı müəyyənləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ