Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeron milli parkında "açıq qapı" günü keçiriləcək (FOTO)

Abşeron milli parkında

Tarix: 6 Fevral 2021 12:42

Bakı. Ceyhun Ələkbərov - Trend:

Abşeron milli parkında "açıq qapı" günü keçiriləcək.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər. Abşeron milli parkının yaranması günü ilə əlaqədar fevralın 8-də milli parkda "açıq qapı” günü və maarifləndirici tədbirlər keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkının füsunkar təbiətini görmək, flaminqoları müşahidə etmək istəyən hər kəsi milli parka dəvət edirik.

Qeyd edək ki, Abşeron milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb.

Abşeron milli parkında Abşeron milli parkında Abşeron milli parkında Abşeron milli parkında Abşeron milli parkında Abşeron milli parkında


Etiketlər:  Abşeron milli parkında açıq qapı günü keçiriləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ