Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 13:39
Koronavirusdan qorunmaq üçün həkimlər ilk olaraq maskadan istifadə etməyi məsləhət görürlər. Daim gözlükdən istifadə edənlər üçün maska müəyyən çətinliklər yaradır. Belə ki, eynəklərin şüşəsinin tərləməsi görmə prossesinə təsir edir.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu problemin qarşısını almaq üçün bəzi məsləhətləri təqdim edir:
İlk olaraq maskanın burun hissəyə bərkitmək, həmin hisənin tam sıx olması üçün yara bandını hər iki tərəfdən yapışdıraraq eynəklərin buxarlanmasının qarşısını almaq olar.
Eynək şüşəsinin tərləməməsi üçün müəyyən spreylərdən istifadə etmək olar.
Gözlükləri gündə iki dəfə maye sabunla yuduqdan sonra silmədən, qurumasını gözləmək lazımdı.
Diş məcunu ilə eynəyin şüşəsini sildikdən sonra təmiz yuyub, qurulayın. Bu zaman gözlüyünüz buxarlanmayacaq.
Maskanızın içərisinə kağız salfet yerləşdirərək nəfəsdəki nəmin səviyyəsini azaldıb, buxarlanmanın qarşısını almaq olar.