Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 22:36
Yodun orqanizmdə çatışmazlığı sinir və hormonal sisteminə, insanın psixikasına çox ciddi ziyan vurur.
Azərbaycanın bir çox rayonlarında (xüsusilə dağ rayonlarında) yod çatışmazlığı müşahidə olunur. Bu səbəbdən mütəxəssislər qidalanmada yodlaşdırılmış duzdan istifadə etməyi tövsiyə edirlər.
Lakin nəzərə almaq lazımdır ki, bəzi insanlara yodlaşdırılmış duz ziyan vura bilər. Tanınmış Rusiyalı həkim-diyetoloq Yelena Solomatina medikforum-a bildirib ki, bəzi qalxanvari vəzi xəstəlikləri (el arasında - "zob xəstəlikləri") zamanı yodlaşdırılmış duz insanın sağlamlığına ciddi ziyan vura, vəziyyətini daha da ağırlaşdıra bilər.
Bu səbəbdən qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlər yodlaşdırılmış duzun qəbulu ilə bağlı endokrinoloqla məsləhətləşməlidir.