Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsirlikdəki hərbçimiz Bakıya qayıtdı, Ermənistana 5 əsir verildi - YENİLƏNİB - FOTO

Əsirlikdəki hərbçimiz Bakıya qayıtdı, Ermənistana 5 əsir verildi - YENİLƏNİB - FOTO

Tarix: 9 Fevral 2021 22:38

22:36

Ermənistanda əsirlikdə olan hərbçimiz Vətənə döndü. Erməni əsirliyində indi sadəcə, 1 hərbçimiz qalır.

Milli.Az bildirir ki, əsirlikdə qalmış hərbçimizin ən yaxın zamanda azad edilməsi üçün müvafiq işlər görülür.

"Bakıya bir nəfər, İrəvana isə 5 hərbi əsir qaytarılıb. Rusiyalı sülhməramlılar üçtərəfli bəyanatın tam və şərtsiz, bütünlüklə yerinə yetirilməsinə dəstək verməyə davam edəcəklər", - general-leytenant Rüstəm Muradov bildirib.

22:11

Azərbaycan Qarabağda diversiya və silahlı təxribat törətməyə cəhd göstərərkən yaxalanmış Ermənistan vətəndaşlarından 5 nəfəri İrəvana təhvil verib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun müşayiəti ilə həmin şəxslər az öncə İrəvana çatıb.

Ermənilərin olduğu təyyarə İrəvandakı "Erebuni" hava limanında yerə enib.

5 erməninin 4 nəfəri Gümrü, biri isə Alaverdi sakinidir. Onlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən ordu sıralarına çağırılaraq Qarabağa göndərilmişdilər.

Ermənistana təşvil verilmiş ermənilər bunlardır:

1. Artur Aloyan

2. Araik Qalstyan

3. Hovanes İsrailyan

4. Karen Manukyan

5. Erik Xaçatryan

Milli.Az


Etiketlər:  Əsirlikdəki hərbçimiz Bakıya qayıtdı Ermənistana əsir verildi YENİLƏNİB FOTO


RƏYLƏR