Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 07:20
Bakı. Trend:
Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis Afinada və Attikanın mərkəzi bölgəsində məktəblərin və digər təhsil müəssisələrinin, eləcə də mağazaların bağlanacağını açıqlayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, tədbir bölgədə koronavirusa yoluxma hallarının çoxalması ilə bağlıdır.
Baş nazir Yunanıstanın inkişafı üçün əsas şərtin sakinlərinin sağlamlığı olduğunu və vaksinasiyanın vacibliyini vurğulayıb. K.Mitsotakis deyib "Yeni məlumatlara əsaslanaraq, xalqın sağlamlığını qorumaq üçün əlavə tədbirlər üçün məsuliyyəti üzərimə götürürəm".