Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ariqlamaq üçün 8 həftə

Ariqlamaq üçün 8 həftə

Tarix: 11 Fevral 2021 08:18

Arıqlamaq üçün aşağıda yazılan məsləhətlərə əməl etsəniz sizə çox faydası toxunar. Yazılanlara 8 həftə əməl etsəniz sağlam şəkildə arıqlaycaqsınız
1-ci gün
YOQURT
Gün ərzində səhər yeməyindən sonra başqa bir şey yeməyib yanlız yoqurt yesəniz bir həftə sonra arıqladığınızı hiss edəcəksiniz. Amma gərək yeyəcəyiniz yoqurtu özünüz ev şəraitində hazırlayasınız ki, qatqısı olmasın.
2-ci gün
MEYVƏ ŞİRƏSİ
Əgər könlünüzə şirin bir sey yemək və ya meyvə şirəsi içmək düşübsə onda, ev şəraitində hazırlanmış meyvə şirələrinə üstünlük verin. Amma saat 14.00-dan sonra ıçmək olmaz. Axşama qədər isə bol su için.
3-cü gün
FINDIQ LƏPƏSİ
Acdığınız zaman yemək yerinə gündə 3 dəfə qoz lərəsi yeyin. Bu sizin vitamin balansınızı ödəyəcək və aclıq hissini aradan qaldıracaq.
4-cü gün
ƏT
Ət yeməyə ehtiyac duysanız, toyuğu duzsuz bişirib hissə-hissə yeyin. Amma yeyərkən dərisini soymaq lazımdır.
5-ci gün
SOUS
Özünüz üçün dadlı sous hazırlayın və acdığınız zaman onu yeyin. Smetanın içərisinə yumurta sarısı, istiot və sarımsaq qatıb qarışdırın. Sonra üstünə tomat, sirkə və bir çimdik qənd tozu əlavə edin. Aclıq hiss etdiyinizdə bu sousu az-az yeyə bilərsiniz.
6-cı gün
DÜYÜ
Duzsuz, yağsız halda bişirilmiş düyü yesəniz aclığınız aradan qalxar. Amma gərək gündə 2 dəfə, hər dəfə də kiçik bir boşqabda yeyəsiniz.
7-ci gün
TƏRƏVƏZ
Gün ərzində hər acdığınızda yerkökü, kələm və alma qarışığından yeyin.

Milli.Az


Etiketlər:  Ariqlamaq üçün 8 həftə


RƏYLƏR