Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 13:54
ABŞ-ın “Lift Aircraft” şirkəti “HEXA” adlı uçan avtomobil təqdim edib. Bu barədə “Dayton 24/7 Now” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, şirkətin baş direktoru və təsisçisi Metyu Çeyzenin sözlərinə görə, fevralın 9-da “HEXA” seriyalı ilk təyyarə sınaqlar və uçuş yararlığının sertifikatlaşdırılması üçün ABŞ-ın Hərbi Hava Qüvvələrinə təqdim edilib.
Uçan avtomobilin idarə olunması üçün pilot lisenziyası tələb olunmur. Uçuşa hazırlıq üçün təxminən 1 saat lazımdır.
Məlumata görə, nəqliyyat vasitəsi 15 dəqiqə havada qala və 16-24 kilometr məsafəni qət edə bilir.
M.Çeyzen bildirib ki, “HEXA” fövqəladə hallar zamanı polis, yanğınsöndürmə xidməti və ya təcili tibbi yardım tərəfindən istifadə ediləcək.
“HEXA” təyyarələr parkından əvvəlcə əyləncə kimi istifadə nəzərdə tutulur.
Nizam Nuriyev